Azərbaycanın dağlarından süfrənizə — ən təmiz, ən təbii bal məhsulları ilə tanış olun.
Hər qaşıqda təbiətin dadı

Azərbaycan çəmənliklərindən

Dağların təmiz havasından

Keyfiyyətə söz veririk
Hər zövqə uyğun, hər ölçüdə — təbii bal seçimləri

Azərbaycan çəmənliklərinin ən yaxşı çiçəklərindən toplanmış təbii bal.






Növü seçin, ölçüsünü tapın, birbaşa sifariş verin
Şan Balı üçün ayrıca qiymət tətbiq olunur — 470 qr · 18.50 AZN
Məhsullarımız bu mağazalarda sizə çatır









Sifarişiniz qısa müddətdə qapınıza çatdırılır
Bakı şəhəri daxilində çatdırılma tamamilə pulsuzdur.
Həcmindən asılı olaraq ödənişli və ya ödənişsiz çatdırılır.
Şəhər daxili sifariş qəbul olunduqdan sonra maksimum 2 gün ərzində çatdırılır.
Azərbaycanda arıçılıq qədim tarixə malikdir. Arı canlılar içərisində ən möcüzəli, sirri daha çox öyrənilməsi vacib olan nadir canlılardan biridir. Bizim ailədə ilk arıların saxlanılması ötən əsrin 55-56-cı illərinə təsadüf edir.
Şəxsi təsərrüfatla ailəmizdə ali təhsil aldıqdan sonra kəndimizdə müəllim işləməyə başlayan Gəncəli müəllim beş arı ailəsi ilə 1972-ci ildə başlamışdır. Arı ailələrinin sayı artmaqla yanaşı arıçıların və bu sahədə işləyənlərin sayı artmışdır. Bununla bərabər Gəncəli müəllim öz qardaşlarını və oğlanlarını da bu işə cəlb edib.
Şəxsi təsərrüfatımız inkişaf edərək böyük ailə təsərrüfatına çevrilmişdir. Yüksək keyfiyyətli bal və digər arı məhsullarını toplamaq üçün arı ailələrini təsərrüfatın yerləşdiyi Masallı rayonu ilə yanaşı, Astara, Lerik, Yardımlı kimi dağ və dağ ətəyi rayonlara aparırıq.
İstehsal etdiyimiz arı məhsulları əvvəllər pərakəndə halda satılırdı. 2002-ci ildən etibarən məhsullarımız bütün normativ sənədləri aldıqdan sonra marketlərdə markalanmış formada satılmağa başlandı. Müştərilərimizin sayı artdığından onların tələbatını ödəmək üçün arı ailələrinin də sayını artırdıq.
Saf Bal brendi olaraq məhsullarımızı müasir texnologiyalar vasitəsi ilə qablaşdırırıq. Həmişə çalışacağıq ki, müştərilərin saf arı məhsullarına olan tələbatını ödəyək.
Heç bir əlavə maddə, qatqı və ya süni şəkər yoxdur.
Masallı, Astara, Lerik, Yardımlı dağlarından toplanır.
Marketlərdə markalanmış formada satış.
1972-ci ildən bəri nəsildən-nəslə ötürülən təcrübə.